Moldova XİN başçısı Azərbaycana səfərə dəvət edildi

XƏBƏR
19:16
24 Aprel 2020
55

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Moldova Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea ilə telefon danışığı baş tutub.

Sabah.az XİN-ə istinadən xəbər verir ki, tərəflər Moldova və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hazırkı durumu, habelə əməkdaşlıq gündəliyində duran bir sıra aktual məsələləri müzakirə ediblər.

Eyni zamanda tərəflər hazırkı mövcud vəziyyətə də toxunaraq hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıblar.

Aparılan telefon danışığı zamanı Azərbaycan və Moldovanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.

Sonda Nazir həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib və o, dəvəti məmnunluqla qəbul edib.

Xəbər lenti