Bakıda daha bir narkotacir saxlanıldı - Foto

XƏBƏR
18:41
24 Aprel 2020
76

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat həyata keçirilib.

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarəyə “Səyyad” adlı şəxsin narkotik vasitələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakini Səyyad Kərimov Yasamal rayonu ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 422 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Səyyad Kərimov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində Baş İdarə əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti