Məmmədyarov mövzusu deputatlar arasında fikir ayrılığı yaratdı

ÖLKƏ
18:06
24 Aprel 2020
67

Parlamentin bugünkü iclasında Xarici İşlər naziri Elmar Məmmədyarovla bağlı deputatlar arasında fikir ayrılığı yaşanıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, deputat Hicran Hüseynova çıxış edərək Elmar Məmmədyarovu müdafiə edərək onu tənqid edən deputatlara irad tutub:

“Xarici İşlər naziri özbaşına çıxış etmir. Elmar Məmmədyarov dövlətin mövqeyini ortaya qoyur. Mədəniyyətimizi gözləməliyik. Bəzi deputatlar özlərini elə göstərirlər ki, guya Qarabağ dərdinə ancaq bunların ürəyi yanır”.

H.Hüseynova bununla deputat Tahir Kərimlinin emosional çıxışına işarə edib.

Fəzail Ağamalı isə deyib ki,  E. Məmmədyarov dişsiz bəyanatlar verir: “Onu tənqid edənlərdən biri də mənəm. Bu, mənim vətəndaşlıq mövqeyimdir.”.

Tahir Kərimli isə heç kimin ona deputat olmağın qaydalarını öyrədə bilməyəcəyini deyib.

Xəbər lenti