Karantin rejimi yenidən sərtləşdirilə bilər
Azərbaycanda COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.
Sabah.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd edilib ki, COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur.
Qeyd edək ki, Azərbaycanda karantin qaydaları aprelin 27-dən etibarən yumşaldılacaq.
Bu haqda məlumatı linkə daxil olaraq ala bilərsiz.
Daha çox