Şəmkirdəki ev yanğından sonra - Fotolar
Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında Şəmkir rayonunun Ələsgərli kəndində, Əhmədov Rüstəm Süleyman oğluna məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Sabah.az-ın məlumatına görə, elektrik naqillərindəki qısaqanma nəticəsində baş verən hadisə zamanı Əhmədova Mahı Bayraməli qızı vəfat edib, Əhmədov Zöhrab Rüstəm oğlu və 2011-ci il təvəllüdlü Əhmədov Rüstəm Zöhrab oğlu ağır bədən xəsarətləri alaraq Bakı şəhərində yerləşən xəstəxanaya aparılıb. Onların vəziyyətinin normal olduğu bildirilir.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqaladə Hallar Komissiyasının sədri Qüdrət Əliyev, RİH əməkdaşları hadisə yerinə baxış keçiriblər. Ucqar dağ kəndində havaların soyuq olması ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən ailənin ehtiyaclarının ödənilməsi ilə bağlı tapşırıqlar verilib.
Daha çox