Avtoxuliqanlıq edən şəxs həbs edildi - Foto

XƏBƏR
14:47
24 Aprel 2020
83

Gəncə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla Gəncə şəhər sakini 31 yaşlı Elşən Əsgərovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub.

“VAZ 21705” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E.Əsgərov 15 gün müddətə inzibati qaydada həbs edilib.

Xəbər lenti