Şənbə günü də yağış yağacaq

ÖLKƏ
13:41
24 Aprel 2020
65

Aprelin 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 11-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer  təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti