Milli Məclis Türkiyə parlamentinə təbrik məktubu göndərdi

ÖLKƏ
13:24
24 Aprel 2020
38

Türkiyə Böyük Millət Məclisinin yaranmasının 100-cü ildönümü münasibətilə Milli Məclis adından qardaş ölkənin parlamentinə təbrik məktubu ünvanlanıb.

Sabah.az xəbər verir ki, bunu Milli Məclisin aprelin 24-də keçirilən plenar iclasında Sədr Sahibə Qafarova bildirib.

Sədr qeyd edib ki, ötən axşam Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop ilə telefonla danışaraq türkiyəli həmkarlarını Milli Məclis adından təbrik edib.

Xəbər lenti