"İstanbul Türkiyənin Uhanıdır"

XƏBƏR
12:25
24 Aprel 2020
55

"İstanbul Türkiyənin Uhanıdır".

Sabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Onun sözlərinə görə, Türkiyədə ən çox koronavirusa yoluxma faktı İstanbulda qeydə alınıb:

"Türkiyə bu problemin öhdəsindən gələcək, çünki biz mümkün olan hər şeyi edirik. Lakin Ramazan ayında vətəndaşların daha sıx olması bu istiqamətdə bizə çətinliklər yarada bilər. Sağlamlığınız üçün bayramda əllə görüşüb qucaqlaşmamağınızı arzu edirik. İnşallah bu çətin günləri geridə buraxıb ikiqat bayram qeyd edəcəyik"!

Qeyd edək ki, bu günə qədər Türkiyədə koronavirusa yoluxanların sayı 101 min 790 nəfər, virusdan ölənlərin sayı 2 491 nəfər, sağalanların sayı isə 18 min 491 nəfərdir.

Xəbər lenti