Koronavirus əleyhinə vaksinin sınağına başlanıldı - Video

XƏBƏR
10:13
24 Aprel 2020
54

Oksford Universiteti könüllülər üzərində yeni koronavirus (COVID-19) əleyhinə vaksinin sınaqlarına başlayıb.

Sabah.az BBC-yə istinadən xəbər verir ki, ilkin mərhələdə ChAdOx1 nCoV-19 adlı vaksinin sınaqları iki könüllü üzərində aparılıb.

Tədqiqata rəhbərlik edən professor Sara Gilbert bu vaksinə böyük ümid bəslədiklərini bildirib:

"Bu vaksini daha geniş kütlədə istifadə etmək üçün öncə test etməli və xəstə insanlarda koronavirusa qarşı təsirli olduğunu müşahidə etməliyik".

Qeyd edək ki, ChAdOx1 nCoV-19 adlı vaksin şimpanzedəki virus əsasında yaradılıb və tərkibinə koronavirusun genetik kodunun hissəsi əlavə edilib. Bu texnologiyadan əvvəllər də digər xəstəliklərə qarşı immunitetin yaranmasında istifadə edilib və effektli nəticələr əldə olunub.

Xəbər lenti