Körpə nənəsinin qucağından düşüb öldü

HADİSƏ
23:57
23 Aprel 2020
209

Şamaxı rayonunda 1 yaşlı körpə nənəsinin ehtiyatsızlığının qurbanı olub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Çorhan kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Abbasov Ayxan Abbas oğlu yaşadığı ikimərtəbəli evin eyvanında nənəsinin qucağından yerə yıxılıb. Ağır kəllə-beyin xəsarəti alan körpə əvvəlcə rayonun mərkəzi xəstəxanasına, sonra isə vəziyyətinin ağırlaşması səbəbindən Bakının xəstəxanalarının birinə göndərilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbər lenti