Azərbaycanlı mühəndislər süni nəfəs aparatı hazırladılar - Video

ÖLKƏ
23:45
23 Aprel 2020
101

Azərbaycanlı gənc mühəndislər 2 növ suni nəfəs aparatı hazırlayıblar.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, aparatın ölçüləri çox kiçikdir və avtomatik qaydada çalışaraq xəstəni suni nəfəslə təmin edə bilir. Ən böyük üstünlükləri isə bütün hissələri ilə Azərbaycanda hazırlanmasıdır. Hər iki suni nəfəs aparatı gənc mühəndislər tərəfindən Azərbaycanda düzəldilib. Oksigen balonuna qoşulan avadanlıq mütəmadi olaraq xəstəni təmiz hava ilə təmin edə bilir.

Mühəndislər tərəfindən hazırlanan digər suni nəfəs aparatının böyük üstünlüyü isə əksər hissəsinin 3D printerlə ölkəmizdə hazırlanması və üzərində tənzimləyicinin olmasıdır. Mühəndislər avadanlığın sonluğuna bağladıqları rezin əlcəklə qoşulduğu xəstənin ciyərinin necə işlədiyini də əyani şəkildə göstərə bilirlər.

Hər iki avandanlığın hazırlanmasında həkimlər də iştirak edib və eyni zamanda mütəxəssislər tərəfindən də avadanlığa baxış keçirilib.

Eyni zamanda mühəndislər tərəfindən ultrabənövşəyi şüalarla telefon və digər əşyalarda olan mikrobları öldürən cihaz da hazırlanıb ki, tələb olacağı təqdirdə bu avadanlığı da istənilən ölçüdə və sayda istehsal etmək mümkündür.

Xəbər lenti