Çin Azərbaycana tibbi ləvazimatlar göndərəcək

XƏBƏR
22:30
23 Aprel 2020
34

Çin Azərbaycana tibbi ləvazimat tədarükünü davam etdirəcək.

Sabah.az xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, COVID-19 pandemiyasının başlanmasından bəri Çin və Azərbaycan bir-birini dəstəkləyir, pandemiya ilə mübarizədə birgə əməkdaşlıq edir.

Cari il aprelin 2-də Çin Azərbaycana epidemiyanın qarşısının alınması üçün lazım olan tibbi ləvazimatların ilk dəstini (5000 nəfərlik COVID-19 infeksiyasını aşkarlayası testi) verib. Bu əsasda Çin Azərbaycana ikinci (10 STA, 500 dəst tibbi qoruyucu geyim) və üçüncü dəst (50.000 KN95 maska, 600.000 tibbi maska və 3000 dəst tibbi qoruyucu geyim) tibbi ləvazimat tədarükünü davam etdirəcək. Yuxarıda göstərilən vasitələr sürətli şəkildə hazırlanır və yaxın vaxtlarda Bakıya gətiriləcək.

Xəbər lenti