Bakıda minik avtomobili ilə avtobus toqquşdu - Ölən var+Foto

HADİSƏ
20:23
23 Aprel 2020
107

Sabunçu rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil “Azvirit” şirkətinə məxsus “İkarus” markalı sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti