Azərbaycanda məmur özünü güllələdi - Foto+Yenilənib

HADİSƏ
18:26
23 Aprel 2020
248

Lerik sakini özünü güllələyib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Lerik rayonunda baş verib. Rayon sakini 43 yaşlı Qalib Quliyev yaşadığı evin yaxınlığında güllə ilə atəş açaraq özünü öldürüb.

Hadisənin dəqiq səbəbi bilinməsə də Q.Quliyevin borc səbəbindən özünü öldürdüyü ehtimal edilir. Mərhum evli olub, iki övlad atası idi.

Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır. 

***

Lerik rayonunda 1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, o, Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İntihar edən şəxs ailəli olub və Lerik Rayon İcra Hakimiyyəti Aparatının Humanitar şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

İlkin məlumata görə, Q.Quliyevin intiharına xeyli miqdarda pul borcunun olması səbəb ola bilər.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbər lenti