Postda sənədlərini təqdim etməyən şəxs həbs edildi

XƏBƏR
16:31
23 Aprel 2020
57

Bu gün Səbail rayonu Neftçilər prospekti – 67 ünvanında təşkil edilmiş nəzarət postunda aparılan yoxlamalar zamanı bir nəfər şəxs sənədlərini təqdim etməkdən imtina edib, səs-küy salıb, həmçinin polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb.

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmin şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Lənkəran rayon sakini Cəmil Əhmədli olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati həbs edilib.

Xəbər lenti