Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu - 41-i sağaldı

ÖLKƏ
16:09
23 Aprel 2020
68

Azərbaycanda 30 yeni koronovirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Sabah.az xəbər verir ki, Operativ Qərargahdan verilən məlumata görə, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Xəbər lenti