50 manata görə Bakı sakinini bıçaqla hədələdi
Bakıda Kürdəmir rayon sakini S.Süleymanova qarşı quldurluq hadisəsi olub.
Sabah.az DİN-ə istinadən xəbər verir ki, hadisə aprelin 22-də, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb.
Tanımadığı bir nəfər S.Süleymanovu bıçaqla hədələyərək 50 manat pulunu alıb.
Quldurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş A.Quliyev hadisə yerinin yaxınlığında saxlanılıb.
Binəqədi RPİ-də araşdırma aparılır.
Daha çox