Məktəbdə qarşıdurma - Şagirdin anası dava salıb
Bakıda məktəb nəzarətçisi valideyn tərəfindən döyülüb.
Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə fevralın 10-u, saat 13:00-da paytaxtın Nizami rayonu ərazisində yerləşən 251 saylı tam orta məktəbdə qeydə alınıb.
Belə ki, həmin məktəbdə oxuyan şagirdlərdən birinin valideyni F.K. (qadın) dərs zamanı otağa daxil olmaq istəyib. Bu zaman məktəbin nəzarətçisi, 1984-cü il təvəllüdlü X.Həsənova onu içəri buraxmayıb. Valideyn isə israr edərək məktəbə daxil olmaq istədiyini söyləyib. Son nəticədə həmin valideyn texniki işçinin saçından tutaraq ona qarşı fiziki zorakılıq edib.
Yaxınlıqda olan digər şəxslər onları ayırıb.
Daha sonra X.Həsənova bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Daha çox