Gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlandı - Fotolar

XƏBƏR
14:58
23 Aprel 2020
43

Səbail rayonu İ.Məmmədov küçəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən yeməkxana aşkar edilib.

Sabah.az xəbər verir ki, qeyd olunan ünvanda kafenin sahibi Söhrab İsayevin karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. Obyektə baxış zamanı S.İsayev və orada olan 9 müştəri saxlanılaraq Polis Bölməsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi rayon məhkəməsinin qərarı ilə 200 manat məbləğində cərimə edilib. Müştərilər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların hər biri 200 manat cərimə olunublar.

Xəbər lenti