Masallıda 2 nəfərin ölümünə səbəb olan sürücüylə bağlı - Açıqlama

XƏBƏR
14:35
23 Aprel 2020
44

Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, qəsəbə sakinləri Z.Qasımzadənin idarə etdiyi “KİA”, Ü.Əşrəfovun idarə etdiyi “Mercedes” və Qodman kənd sakini Kənan Hətəmovun  idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə K.Hətəmov və sərnişini Ağan Alışov hadisə yerində ölüb, digər sərnişinləri isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Masallı Rayon Polis Şöbəsi və prokurorluğu qəza ilə bağlı məlumat yayıb.

Bildirilib ki, fakt üzrə Masallı Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb. İş üzrə həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Kia Sorento” markalı 90-ZR-590 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Zaman Qasımzadə tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozmaqla törədilməsinə, daha sonra Z.Qasımzadənin hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Zaman Qasımzadə Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti