Balıq ovuna çıxanlar saxlanıldı - Foto
Karantin dövründə İsmayıllının Balik kəndində yerləşən göldən balıq ovlamaq istəyən şəxslər müəyyən edilib.
DİN-dən verilən məlumata görə, həmin şəxslər Polis Şöbəsinə gətirilib. Onların İsmayıllı rayon sakinləri- Kənan Əhmədov, Emin Səmədli, Ramiz Mehdiyev, Gündüz Həmzəyev və Rəşad Həmzəli olduqları məlum olub.
Karantin qaydalarını pozduqları üçün onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək inzibati qaydada cəzalandırılıblar.
Daha çox