Emil Bakıya qayıtdı
“Tobol”dan ayrılan millimizin futbolçusu Emil Balayev Qazaxıstandan Bakıya qayıdıb.
Sabah.az xəbər verir ki, 25 yaşlı qapıçı hazırda fərdi qaydada məşq edir. O, dünən paytaxtdakı fitnes zallardan birində çəkdiyi şəkli sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, E.Balayev “Tobol”dan ayrıldıqdan sonra azad agentdir. Bu isə transfer pəncərəsinin bağlı olduğu müddətdə belə ona istənilən klubla müqavilə bağlamağa hüquqi imkan verir.
E.Balayevin yaxın günlərdə yeni kluba keçəcəyi istisna deyil.
Daha çox