Sabahdan tətil başlayır

GÜNDƏM
13:30
15 Noyabr 2019
57

Sabahdan Azərbaycanda orta məktəblərdə payız tətili başlayır.

Sabah.az xəbər verir ki, tətil 5 gün davam edəcək.

Növbəti dərs günü isə gələn həftənin cümə axşamı - noyabrın 21-də başlayacaq.

Qeyd edək ki, dərs ili ərzində müəyyən edilmiş payız tətilindən başqa, 5 günlük qış tətili (27-31 yanvar), 5 günlük isə yaz tətili (1-5 may) nəzərdə tutulub.

Xəbər lenti