Rəsul Cəfərov da bəraət aldı

GÜNDƏM
11:50
23 Aprel 2020
104

Ali Məhkəmənin Plenumu İnsan Haqları Klubu təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərova da bəraət verib.

Sabah.az xəbər verir ki, onun vəkili Fariz Namazlı bildirib ki, Plenum yeni açılmış hallarla bağlı Rəsul Cəfərovun barəsində qəbul edilən məhkəmə qərarlarını ləğv edərək, təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla iş üzrə icraata xitam verib və mənəvi zərərə görə 57 min 400 manat kompensasiya təyin edib.

Qeyd edək ki, R.Cəfərov 2014-cü il avqust ayında həbs edilib. 2015-ci ildə məhkəmənin hökmü ilə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinərək 6 il 6 ay müddətimə azadlıqdan məhrum edilib. 2016-cı ilin mart ayında Prezidentin İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Xəbər lenti