Ali Məhkəmə İlqar Məmmədova bəraət verdi

GÜNDƏM
11:25
23 Aprel 2020
80

Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında REAL sədri İlqar Məmmədova bəraət verilib.

Sabah.az xəbər verir ki, İ.Məmmədovun vəkili Fuad Ağayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Plenumun qərarına əsasən Ali Məhkəmənin Cinayət Kollegiyasının, Şəki Apellyasiya Məhkəməsinin qərarları və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilib.

Plenum İ.Məmmədovun həbsdə qaldığı müddətə görə mənəvi təzminat təyin edib.

F.Ağayev təminatın məbləğini açıqlamayıb.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də şərti azadlığa buraxılıb.

Xəbər lenti