Karantində fəaliyyət göstərən bərbərxana aşkarlandı
Mingəçevir şəhəri 20 Yanvar küçəsində xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib.
Sabah.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, həmin obyektin sahibi Gəray Əliyev karantin rejimi qaydalarını pozduğuna görə Polis Şöbəsinə gətirilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıb.
Daha çox