Masallıda uşaq qəbiristanlıqda faciəvi şəkildə öldü

HADİSƏ
09:40
23 Aprel 2020
186

Masallı rayonunda uşağın üstünə qəbir daşı aşıb və uşaq yerindəcə ölüb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə aprelin 22-si saat 17:30 radələrində rayonun Şıxlar kəndində baş verib.

9 yaşlı Səmədov Əhəd Rizvan oğlu evlərinin yaxınlığında yerləşən qəbiristanlıqda oynayarkən 2016-cı ildə vəfat etmiş şəxsin qəbir daşı aşaraq onun üzərinə düşüb. Orta məktəb şagirdi olan Əhəd hadisə yerində vəfat edib.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xəbər lenti