Koronavirusla bağlı zarafat etdi, ara qarışdı - Video

İDMAN
15:53
11 Fevral 2020
67

İngiltərə Futbol Federasiyası "Tottenhem" klubunun məşhur futbolçusu Delli Allini cəzalandıra bilər.

Sabah.az "Daily Mail"ə istinadən xəbər verir ki, 23 yaşlı oyunçunun koronavirusla bağlı zarafatla paylaşdığı video narazılığa səbəb olub. Qurum nümayəndələri onunla əlaqə saxlayıb. Baş verənlərlə bağlı araşdırma başlanılıb. Onun cəzalandırıla biləcəyi vurğulanıb.

Qeyd edək ki, D.Alli üzünə maska taxaraq “Snapchat”da Çində meydana gələn və bütün dünyanı qorxu içində saxlayan koronavirusla bağlı asiyalılarla zarafat etmək istəyib.

Amma onun bu zarafatı narazılığa səbəb olub. Videonu silən Alli hər kəsdən üzr istəyib.

Xəbər lenti