Şəmkir sakini özünü yandırdı

HADİSƏ
01:55
23 Aprel 2020
62

Şəmkirdə yaşlı kişi yanıq xəsarəti alıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun "15 küçə" adlanan ərazisində olan mənzillərin birində qeydə alınıb.

1941-ci il təvəllüdlü Cəfər Vəliyev ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən 5 saylı Xəstəxananın Yanıq şöbəsinə gətirilib.

Məlumata görə, 79 yaşlı kişi özü-özünü yandırıb. Hadisənin baş verməsi səbəbləri araşdırılır.

Xəbər lenti