Bu deputatlara yeni vəzifə veriləcək - Siyahı

XƏBƏR
22:41
22 Aprel 2020
75

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərliyinə gətiriləcək bəzi deputatların adları müəyyənləşib.

Sabah.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupuna Nizami Səfərovun, Azərbaycan-Amerika parlamentlərarası işçi qrupuna Səməd Seyidovun, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupuna Arzu Nağıyevin rəhbər seçiləcəyi gözlənilir.

İtaliya üzrə işçi qrupa Azər Kərimli, Fransa üzrə işçi qrupa Soltan Məmmədov, Türkiyə üzrə işçi qrupa Əhliman Əmiraslanov, Ukrayna üzrə işçi qrupa Rüfət Quliyev rəhbər gətiriləcək. 

Qeyd edək ki, müvafiq məsələ Milli Məclisin aprelin 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti