Meyiti tapılan şəxsin qətlə yetirildiyi müəyyənləşib

XƏBƏR
22:30
22 Aprel 2020
96

Xaçmazda bir gün əvvəl meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bir gün öncə kimsəsiz sahədə meyiti aşkarlanan 1978-ci il təvəllüdlü Ceyhun Sadıqovun 1973-cü il təvəllüdlü Xaçmaz rayon sakini Kamran Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi aşkarlanıb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti