TƏBİB bugünkü test sayını açıqladı
Bu gün Azərbaycanda koronavirusla bağlı 5 457 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aprelin 22-nə açıqladığı statistik göstəricidə qeyd olunub.
Bildirilib ki, indiyədək ölkədə 108 min 221 test edilib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 38 yeni yoluxma faktı qeydə alınıb, ölən olmayıb, 42 nəfər sağalıb. İndiyədək ölkədə 1 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Daha çox