Minik və yük avtomobilləri toqquşdu - Yaralılar var

HADİSƏ
20:17
22 Aprel 2020
38

Ağstafa rayonunda yol qəzası baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Qırılı kəndində qeydə alınıb.

Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 40 yaşlı Habil İsgəndər oğlu Abbasovun aldığı xəsarət daha ciddi olub. Digər şəxsə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti