Olimpiya İdman Kompleksində ölüm

HADİSƏ
18:17
22 Aprel 2020
137

Qubada bədbəxt hadisə baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, Quba Olimpiya İdman Kompleksi ərazisində tikinti işləri aparan zaman Tələt Rəsulovun idarə etdiyi traktorun çömçəsi orda fəhlə işləyən, Şabran rayon sakini, 1986-cı il təvəllüdlü Eldar Hüseynovun üstünə düşüb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan E.Hüseynov dünyasını dəyişib.

Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti