“Play station” rəhbəri və müştəriləri saxlanıldı - Video

XƏBƏR
15:57
22 Aprel 2020
34

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” oyun zalı aşkar edilib.

Sabah.az xəbər verir ki, “play station” salonunu paytaxt sakini Cəlal Cabbarlının işlətdiyi məlum olub. Obyektə baxış zamanı daha iki nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. C.Cabbarlı və müştərilər saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.

Xəbər lenti