Karantini pozan kafe sahibi və müştəriləri cərimələndi

XƏBƏR
13:06
22 Aprel 2020
50

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonun Bürcəli kəndində yerləşən “Xanbulan” kafesinin xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, obyektə baxış zamanı orada olan kafenin sahibi Həsən Salayev və Lənkəran sakini olan 5 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Xəbər lenti