Baş həkim cəzalandırıldı - İşçiləri ambulansla səsverməyə aparıb

GÜNDƏM
14:45
11 Fevral 2020
156

Kürdəmir Rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Eynulla Novruzov işçilərin təcili tibbi yardım maşını ilə səsverməyə getməsinə görə cəzalandırılıb.

Sabah.az "Report"a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, baş həkimə şiddətli töhmət verilib.

TƏBİB-dən qeyd olunub ki, quruma dəvət olunan baş həkim izahatında hava şəraitinin soyuq olduğuna görə, işçilərin seçkiyə getmələri üçün maşın ayrılmasını xahiş etdiklərini deyib: "İstənilən halda, bu, qanun pozuntusudur və təcili yardım maşınlarından yalnız nəzərdə tutulmuş halda istifadə edilə bilər”.

Xatırladaq ki, sosial şəbəkələrdə həmin rayonda təcili yardım atomobilləri ərazidəki 57 saylı seçki dairəsinə aid olan seçki məntəqələrinə seçici daşıdığı iddiası ilə bağlı görüntülər yayılıb.

Xəbər lenti