Bakıda iki avtomobil toqquşdu, 2 nəfər öldü

HADİSƏ
09:51
22 Aprel 2020
57

Bakı şəhərinin Nizami rayonunda “Opel” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumata daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti