Azərbaycanlı hakim koronavirusa qalib gəldi

İDMAN
01:41
22 Aprel 2020
98

Türkiyədə Karabük Həvəskar Liqasında futbol hakimi kimi fəaliyyət göstərən azərbaycanlı İsa Məmmədovun koronavirusdan sağalıb.

Sabah.az İHA-ya istinadən xəbər verir ki, gənc referi dad və qoxu hisslərini itirməsi, eləcə də nəfəs almaqda çətinlik çəkməsi səbəbindən yerli xəstəxanaya yerləşdirilən həmyerlimiz 9 gün müalicə olunduqdan sonra evə buraxılıb. Onun iki koronavirus testi də neqativ çıxıb. İ.Məmmədov 14 gün evdə karantində olacaq.

Onun artıq nəfəs almaqda çətinlik çəkmədiyi, dad və qoxu hisslərinin də yavaş-yavaş bərpa olunduğu deyilir.

Xəbər lenti