Gəncədə qadın dəm qazından zəhərləndi

HADİSƏ
01:16
22 Aprel 2020
26

Gəncədə dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində yerləşən evlərin birində baş verib.

Belə ki, Həmzəyeva Vüsalə Vahid qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadın vanna otağında dəm qazından zəhərlənib.

Xəbər lenti