Nazirlik Elzanın döyülməsi ilə bağlı araşdırmaya başladı

XƏBƏR
14:42
11 Fevral 2020
94

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Əməkdar artist Elza Seyidcahan seçki günü bacısı və özünün döyülməsi ilə bağlı iddiasına Daxili İşlər Nazirliyindən (DİN) reaksiya verilib.

Sabah.az xəbər verir ki, Axar.az-ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar araşdırmaya başlanılıb.

“Bu haqda Şabran Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır”, - deyə cavabda qeyd edilib.

Xatırladaq ki, Elza Seyidcahan seçki günü özünün və bacısının təzyiqə məruz qalması ilə bağlı video paylaşmışdı. Video-görüntüdə onun xəsarət aldığı bildirilirdi.

Xəbər lenti