Milli Məclis Eldar Əsgərovla bağlı məlumat yaydı

XƏBƏR
20:54
21 Aprel 2020
92

Bəzi kütləvi informasiya vasitələrində Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektoru müdiri vəzifəsinə Eldar İsmayıl oğlu Əsgərovun təyin edilməsi barədə məlumat yayılıb.

Sabah.az xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu, həqiqətə uyğun deyil:

“Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil. Belə ki, Eldar Əsgərov 13 fevral 2017-ci il tarixdən Parlament Aparatının yuxarıda adı çəkilən şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri vəzifəsində çalışır.

KİV nümayəndələrindən bu cür informasiyaları yayarkən bir daha diqqətli olmağa çağırırıq”.

Xəbər lenti