Koronavirusa yoluxan Mirvari Fətəliyeva sağaldı

ÖLKƏ
20:34
21 Aprel 2020
64

Koronavirusa yoluxan Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva sağalıb.

Sabah.az xəbər verir ki, M.Fətəliyeva bu barədə şəxsi “Facebook” səhifəsindən məlumat yayıb. O, səhhəti ilə bağlı bu sözləri deyib:

“Bir aydan çox sürən Covid-19 xəstəliyni artıq geridə qoyduğum üçün hər birinizə bir daha bu çətin günlərimdə mənə göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür etmək istədim. Sizin mənə olan bu mənəvi dəstəyi, sevgisi  bütün dəva və dərmanlardan güclü oldu.

Hər birimiz üçün çətin olan bu dövrdə xalqımıza xas olan insani dəyərlərin, həmrəyliyin nə qədər mühim olduğunu bir daha anladım.

Bu virusa yoluxmuş biri kimi öz təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, bu xəstəliyə qalib gəlmək üçün ən əsası panikaya düşməmək, qorxmamaq, immunitetinizi gücləndirmək üçün xoş əhval ruhiyyədə qalmaq ən vacib şərtlərdəndir.

Odur ki, hər birinizi dövlət tərəfindən qoyulan qayda qanunlara riyayət etməyə səsləyir və inanıram ki, tez bir zamanda birlikdə dünyanı bürüyən bu bəlaya qalib gələcək və sağlam dünyamıza qovuşacağıq”.

Xəbər lenti