Gələn aydan 190 manatın ödəmə qaydası dəyişir - Rəsmi
Gələn aydan pandemiyadan zərər çəkmiş şəxslərin 190 manat birdəfəlik ödənişin poçt şöbələri vasitəsilə əldə edilməsinə son qoyulacaq. Onlar artıq bu ödənişi bank hesablarına köçürmə yolu ilə alacaqlar.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İTV-yə açıqlamasında bank hesabı açmaq üçün əhalinin heç bir narahatlığına əsas olmadığını bildirib:
“Vətəndaşlarımızın diqqətinə çatdıraq ki, onlara əlavə müraciət etməyə ehtiyac olmayacaq. Sistem avtomatlaşdırıb, onların elə ilkin müraciəti əsasında üçün heç bir xərc tələb etmədən – rüsumsuz, bank xərcsiz - əlavə olaraq bank hesabları açılacaq, sifarişlər gedəcək və onların may ayı üçün müavinətləri birbaşa həmin bank hesablarına ödəniləcək. Yəni aprel ayında müavinətləri almış şəxslərin 190 manatı 30 gün aralıqla may ayında heç bir əlavə müraciət etmədən bank hesablarına ödəniləcək”.
Daha çox