Mxitaryanla bağlı qərar verildi

İDMAN
14:18
11 Fevral 2020
71

"Roma" bu mövsümün əvvəli "Arsenal"dan icarəyə götürdüyü Henrik Mxitaryanla bağlı qərarını verib.

Sabah.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, İtaliya təmsilçisinin erməni yarımmüdafiəçi üçün 23 milyon avro ödəyərək onu birdəfəlik almağı düşünmədiyi bildirilib.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta da 31 yaşlı oyunçunun komandasında görmək istəmir. London təmsilçinin onun üçün yeni alıcı axtaracağı bildirilib.

Qeyd edək ki, Mxitaryan ötən ilin sentyabrından "Roma"da icarə əsasında çıxış edir.

Xəbər lenti