Çempionlar Liqasında təxirə salınan oyunların təqvimi müəyyənləşdi

İDMAN
18:41
21 Aprel 2020
105

UEFA-nın koronavirus səbəbindən yarımçıq dayandırılan Çempionlar Liqasının (ÇL) oyunları ilə bağlı planlaşdırdığı yeni təqvimi müəyyənləşib.

Sabah.az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere dello Sport" nəşri məlumat yayıb.

Bildirilib ki, 1/8 final mərhələsinin qalan 4 oyunu 7-8 avqustda keçirildikdən dərhal sonra 1/4 finalın püşkü atılacaq.

11-15 avqust 1/4 final, 18-22 avqust yarımfinal və 29 avqustun final görüşü keçiriləcək.

ÇL-də 1/8 finalın qalan matçları
"Yuventus" - "Lion"
"Mançester Siti" - "Real" (Madrid)
"Barselona" - "Napoli"
"Bavariya" - "Çelsi"

ÇL-də 1/4 finala yüksələn komandalar
PSJ
"Atalanta"
"Atletiko" (Madrid)
"Leyptsiq"

 

Xəbər lenti