Hesablama Palatası işçilərinin maaşına 5 milyon yarım ayrıldı
Hesablama Palatasının gələn il üçün xərclər smetası məlum olub.
Sabah.az xəbər verir ki, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində Palata üzrə xərclər smetasının ümumi məbləği 9 061 223 manat proqnozlaşdırılıb.
Qanun layihəsində Hesablama Palatasının xərclər smetası ilə bağlı əməyin ödənişinə 8 167 372 manat (Hesablama Palatası işçilərinin əməkhaqqı 5 671 963 manat, ştatdan kənar işçilərin əmək haqqı 110 898 manat, əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri 887 073 manat, məcburi dövlət sığorta haqları 1 442 988 manat, icbari dövlət sığortası 23 279 manat, işsizlikdən sığorta 31 279 manat), malların (işlərin və xidmətlərin) satın alınmasına isə 628 245 manat vəsait ayrılması nəzərdə tutulur.
Daha çox