Bakıda çay evlərindən oğurluq olub

XƏBƏR
16:30
21 Aprel 2020
44

Nəsimi rayonu ərazisindəki mağazaların birindən 5000 manat dəyərində geyim əşyaları və aksesuarlar oğurlanıb.

Sabah.az xəbər verir ki, oğurluğu törətməkdə şübhəli bilinən E.Mirzəyev mağazaların birindən 5000 manat dəyərində geyim əşyaları və aksesuarlar, bir çay evindən isə 1000 manat dəyərində məişət əşyaları oğurlayıb.

Digər oğurluq hadisəsi isə Xətai rayonunda qeydə alınıb. Oğurluq etdiyinə görə tutulmuş V.Zülfüqarovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 16-na keçən gecə rayon ərazisindəki çay evlərinin birindən 3000 manat dəyərində kombi, digər çay evindən isə 600 manat dəyərində televizor oğurlaması da müəyyən edilib.

Xəbər lenti