Bakıda piyada faciəvi şəkildə öldü

HADİSƏ
14:58
21 Aprel 2020
57

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, hadisə aprelin 20-də saat 16 radələrində qeydə alınıb.

Qızıldaş qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Rüstəmov idarə etdiyi “Mitsubishi” markalı yük avtomobili ilə dönmə əməliyyatı aparan zaman yük yerində olan dəmir künclük yolun kənarında dayanmış paytaxt sakini İlkin Xankişiyevin baş nahiyəsinə dəyib. O, hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti